Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü olanlara üstünlük verin


Digərləri 23 May 2019 20:37:00 275 0

Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü olanlara üstünlük verin

Yay aylarında ən çox istehlak edilən giləmeyvələrdən biri də çiyələkdir.

Bol miqdarda dəmir və fosfora malik çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir.

Son.az bildirir ki, Trend-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, çiyələyin faydaları ilə yanaşı, düzgün istifadə olunmayanda onun insan orqanizminə zərərli təsirləri də olur. Düzgün şəraitdə saxlanılmayan çiyələyin yeyilməsi insan sağlamlığı üçün təhlükə yarada, hətta qida zəhərlənmələrinə də yol aça bilər. Belə zəhərlənmələrin qarşını almaq üçün aşağıda sadalanan xüsusları nəzərə almaq lazımdır:

• Çiyələyin mövsümündə yeyilməsinə diqqət edilməlidir, çünki mövsümündən əvvəl istixana şəraitində meyvələrin yetişdirilməsində insan orqanizminə mənfi təsir edən kimyəvi maddələrdən istifadə oluna bilir;