Zelenski Rusiya ilə danışıqlardan imtina etdi


Dünya 23 May 2019 19:34:00 236 0

Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların aparılması imkanını istisna edir. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İctimai Televiziyasının saytında məlumat yerləşdirilib.

"İctimai Televiziyanın əməkdaşının "Rusiya ilə danışıqlar olacaqmı" sualına Zelenski "xeyr" cavabını verib" - deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan bəyan etmişdi ki, Zelenski Rusiya ilə danışıqlar məsələsi üzrə referendum keçirmək niyyətindədir.