“Anadolu”nun itən jurnalistinin cəsədi tapıldı


Dünya 23 May 2019 18:47:00 214 0

“Anadolu”nun itən jurnalistinin cəsədi tapıldı

Bayburtda uçurumdan yıxılaraq itkin düşən "Anadolu" agentliyinin foto-müxbiri Əbdülqədir Nişancının cəsədi tapılıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, dünyanın ən təhlükəli yollarından biri sayılan Soğanlı Dağında yol çəkilişini izləyən jurnalist 14 gün əvvəl dərəyə düşmüşdü. Onun fotoaparatı və ayaqqabısı tapılsa da, özündən xəbər yox idi.

Xilasedicilər bu gün qayalıqların arasından Nişancının cəsədini tapıblar.


Xəbərə aid fotolar