Baş məşqçi: Aerobika gimnastikası Azərbaycanda fəal inkişaf edir (FOTO)


Digərləri 23 May 2019 16:13:00 234 0

Baş məşqçi: Aerobika gimnastikası Azərbaycanda fəal inkişaf edir (FOTO)

Aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında iştirak edən Azərbaycan gimnastları yarışa böyük məsuliyyətlə hazırlaşırlar.

Bakı. Cani Babayeva - Aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında iştirak edən Azərbaycan gimnastları yarışa böyük məsuliyyətlə hazırlaşırlar. Bunu Trend-ə aerobika gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Marian Kolev deyib. O bildirib ki, komanda Avropa Çempionatına çoxdan hazırlaşır: “Biz öz məsuliyyətimizi başa düşürük və anlayırıq ki, hər kəs bizdən yaxşı nəticə gözləyir. Ümid edirik ki, komandamız Azərbaycanı layiqincə təmsil edəcək. Əvvəlcədən şanslarımız barədə danışmaq istəmirəm. Biz hazırlaşmışıq və mən inanıram ki, yarışda yaxşı yerlər tuta biləcəyik”. Baş məşqçi vurğulayıb ki, Azərbaycanı çempionatda 17 idmançı təmsil edəcək: “Gənc idmançılar aero-dans proqramında çıxış edəcək, komanda 6 nəfərdən ibarətdir. Böyük idmançılar qadınlar (iki gimnast) və kişilər (iki gimnast) proqramında çıxış edəcək. Bundan başqa, komandamız qarışıq cütlər, trio, qruplar və aero-dans proqramlarında iştirak edəcək”.