Azərbaycanlı “UAZ”a baş direktor təyin edildi


Dünya 23 May 2019 15:46:00 196 0

Azərbaycanlı “UAZ”a baş direktor təyin edildi

2017-ci ildə "Ford Sollers" müəssisəsinin azərbaycanlı prezidenti və baş direktoru Adil Şirinov Rusiyanın məşhur avtomobil zavodunun baş direktoru təyin olunub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, "Sollers" şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodundakı bu vəzifədə Vadim Şvetsovu əvəz edib. 

"Sollers" şirkətinin nümayəndəsi bu məlumatı təsdiqləyib və bildirib ki, A.Şirinov "Ford Sollers"in rəhbərliyində qalacaq:

"Şirinovun yeni vəzifəsində əsas tapşırığı "UAZ"ın təsdiq edilmiş məhsul strategiyasını reallaşdırmaq, brendin bazar borcunu artırmaq və təchizatçıların ümumi paneli yaratmaq, eləcə də, satış sahəsində sinerji yaratmaq və diller şəbəkəsini qurmaqdır".

Nümayəndənin sözlərinə görə, A.Şirinov Rusiya avtomobil sektorunda ən səriştəli mütəxəssislərdən biridir.