Tarix Muzeyində yanğın olsa, binanı və eksponatları xilas etmək olmayacaq FOTO


Digərləri 23 May 2019 14:15:00 256 0

Tarix Muzeyində yanğın olsa, binanı və eksponatları xilas etmək olmayacaq  FOTO

Paytaxtda avtomobillərin parkinqi ilə bağlı kifayət qədər problem var. Bu yetməzmiş kimi sürücülər avtomobillərini elə ərazilərdə saxlayırlar ki, bu, özü də bir başqa ciddi problem yaradır.

Söhbət Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin yerləşdiyi binadan gedir.

Son.az bildirir ki, oxu.az-ın fotoqrafı sözügedən ərazidən bir neçə foto çəkib.

Maşınların çoxluğundan ərazidə yerləşən binanın Tarix Muzeyi olduğuna inanmaq çətindir.

Binanın dörd bir tərəfində avtomobillər dayanıb. Hətta üzərindəki "Muzeyin ehtiyat qapısı. Burada avtomobil saxlamaq qadağandır!" yazısı belə heç nə ifadə etmir.


Xəbərə aid fotolar