Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Avropa çempionatının iştirakçılarının podium məşqləri keçirilir (FOTOREPORTAJ)


Digərləri 23 May 2019 13:43:00 190 0

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Avropa çempionatının iştirakçılarının podium məşqləri keçirilir (FOTOREPORTAJ)

Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının iştirakçılarının podium məşqləri keçirilir

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının iştirakçılarının podium məşqləri keçirilir. Trend-in məlumatına görə, 24-26 may tarixlərində Bakıda ilk dəfə olaraq aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq. Yarışların son günü isə final mərhələlərində Avropa Çempionlarının adları açıqlanacaq.