İnterpol 50 uşağı zorakılıqdan xilas edib


Digərləri 23 May 2019 13:21:00 206 0

İnterpol 50 uşağı zorakılıqdan xilas edib

İnterpol Tailand, ABŞ və Avstraliyada keçirdiyi uzunmüddətli əməliyyat nəticəsində 50 uşağı cinsi zorakılıqdan xilas edib.

Bakı. İnterpol Tailand, ABŞ və Avstraliyada keçirdiyi uzunmüddətli əməliyyat nəticəsində 50 uşağı cinsi zorakılıqdan xilas edib. Trend-in məlumatına görə, həmin əməliyyat 2017-ci ildən etibarən başlayıb. Qeyd olunur ki, o zaman Tailandda azyaşlı uşaqlara zorakılığı təbliğ edən internet saytı aşkar edilmişdi. Saytın 63 min abunəçisi olduğu müəyən edilmişdi. Hazırda xilas edilən uşaqlarla yanaşı, daha 100 nəfərin axtarışları hələ davam etdirilir.