Neftçalada ölən şəxslərdən biri 4-cü kurs tələbəsi olub


Digərləri 23 May 2019 12:21:46 236 0

Neftçalada ölən şəxslərdən biri 4-cü kurs tələbəsi olub

Qəzada dünyasını dəyişən 4 nəfərdən biri tələbə olub.

Bakı. Ceyhun Ələkbərov - Bu gün Neftçala rayonunda baş vermiş qəzada dünyasını dəyişən 4 nəfərdən biri tələbə olub. Trend-in məlumatına görə, mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində ölən 4 nəfərdən biri Yardımlı rayonu, Kürəkçi kənd sakini 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu tələbə olub. O, Azərbaycan Texniki Universitetinin 4-cü kursunda təhsil alırdı. Bir neçə gün əvvəl ona hərbi xidmətə çağırış vərəqəsi gəlib. Cavid Yaqubov da buna görə yoxlanışdan keçmək üçün Yardımlı rayonuna gedirmiş.