Azərbaycan “Xəzər Neft və Qaz” sərgisində süni intellekt "Aliyə"ni təqdim edəcək


Digərləri 23 May 2019 11:48:00 188 0

Azərbaycan “Xəzər Neft və Qaz” sərgisində süni intellekt "Aliyə"ni təqdim edəcək

26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində 34 ölkədən 290 şirkət iştirak edəcək.

Bakı. Ayşəm Rüstəmova - 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində 34 ölkədən 290 şirkət iştirak edəcək. Trend xəbər verir ki, bunu "İteca Caspian"ın baş direktoru Fərid Məmmədov deyib. Onun sözlərinə görə, iştirakçıların 24 faizi ilk dəfədir sərgidə iştirak edir: "Onların əksəriyyəti yerli şirkətlərdir. Bu il sərginin 29 sponsoru var. Sərgiyə maraq ildən-ilə artır. Debütantlar arasında Çin, Rusiya, Almaniya şirkətləri də yer alib. Onlar öz milli pavilyonlari ilə təmsil olunacaqlar. Stendlərdə neft qaz avadanlıqları, sistem xidmətləri, innovativ avadanlıqlar sərgilənəcək". F.Məmmədov deyib ki, sərgi yeni texnologiyalarla tanış olmaq üçün və işgüzar əlaqələr qurmaq üçün olduqca önəmlidir: