Avtoxuliqanlıq edən şəxs saxlanıldı FOTO


Digərləri 23 May 2019 11:40:00 202 0

Avtoxuliqanlıq edən şəxs saxlanıldı  FOTO

Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Astara şəhər sakini Vüsal Hüseynovun "Mercedes" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.


Xəbərə aid fotolar