Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır


Digərləri 23 May 2019 10:27:00 224 0

Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır

Amerikanın "Gallup İnternational Association" tədqiqat şirkətinin Ermənistan vətəndaşları arasında apardığı sorğuda ölkənin daha vacib problemləri aydınlaşdırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, sorğu nəticəsində məlum olub ki, Ermənistan vətəndaşlarının 45%-i ölkə üçün əsas problemin işsizlik olduğunu söyləyir. Yerdə qalan apponentlər, yəni 40,5% vətəndaş ölkənin iqtisadi durumunu önə çəkib. Rəyi soruşulanların 26,8% aşağı pensiya və əməkhaqlarını Ermənisatnın əsas problemi adlandırıb.

Sorğuya görə, yalnız bu problemlərdən sonra Dağlıq Qarabağ münaqişəsini ölkə üçün 4-cü yerdə duran problem kimi qeyd ediblər. Rəyi soruşulanların yalnız - 26,1% Dağlıq Qarabağ münaqiəsini Ermənistan üçün əsas problem olaraq görüb.