İnternetdə terror təbliğatı ilə mübarizə aparılacaq


Digərləri 23 May 2019 08:55:00 195 0

İnternetdə terror təbliğatı ilə mübarizə aparılacaq

Fransa, Yeni Zelandiya, Böyük Britaniya liderləri və İT-nəhənglər internetdəki terroristik kontentlə mübarizəni gücləndirməyə razılaşıblar.

Son.az chip.az-a istinadən bildirir ki, görüş mayın 15-i Parisdə baş tutub. Görüşdə Yeni Zelandiyanın baş naziri Casinda Ardern, onu britaniyalı həmkarı Tereza Mey, Fransa prezidneti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trüdo və başqa siyasətçilər, İT-şirkətlər nümayəndələri olaraq isə "Twitter"-in icraçı direktoru Çek Dorsi, "Facebook"-un beynəlxalq məsələlər üzrə direktoru Nik Kleqq və "Google"-un qlobal kommunikasiyalar üzrə birinci vitse-prezidenti Kent Uolker iştirak edib.

Donald Trampın administrasiyası kommünikeni imzalamaqdan imtina etsə də, Ağ Evin bəyanatında qeyd olunur ki, ABŞ söz və mətbuat azadlığına hörmət edərək, internetdə terroristik məlumatla fəal mübarizəni aparmağa davam edəcək. Bunu ABŞ administrasiyasının bəyanatına istinadla "The Washington Post" qəzeti xəbər verib.

Dünya liderləri nəyə görə ekstremist kontentlə mübarizə aparmağa qərara gəliblər

Sammitin keçirilməsi haqda təşəbbüslə Yeni Zelandiyada 15 martda törədilmiş ən iri terror hücumundan sonra ölkənin baş naziri Casinda Ardern çıxış edib. Xatırladaq ki, Kraystçörçdə iki məscidə silahlı hücum edən terrorçu Brenton Tarrant törətdiyi terror aktınının "Facebook" üzərindən birbaşa canlı yayımını edirdi. Avstraliyalı terrorçu həmçinin "Twitter"-də öz real adı altında qeydiyyatda olduğu hesabında Kraystçörçdəki hücumdan qabaq silahının şəklini dərc etmişdi.

Parisdəki sammit zamanı Ardern İT-şirkətlərinə: "Sizin miqyasınız və təsiriniz (ekstremist kontentlə mübarizəyə görə) üzərinizə məsuliyyət qoyur" , - deyə müraciət edib.

Bəzi ekspertlərin də hesab etdiyi kimi, "Twitter", "Facebook" və ya "YouTube" kimi populyar sosial şəbəkələr təbliğat işində "ucluq" qismində çıxış edirlər. Özü də terrorçular kommunikasiya üçün kompüter oyunlarındakı çatlara qədər digər messencer və bloqlardan da fəal şəkildə faydalanırlar.

Terrorizmlə mübarizədə hansı təşəbbüslər təklif olunur