Bu ölkə bal istehsalında dünyada 3-cü yeri tutur


Digərləri 23 May 2019 07:30:00 182 0

Bu ölkə bal istehsalında dünyada 3-cü yeri tutur

İran bal istehsalına görə dünyada üçüncü yeri tutur.

Bakı. Elnur Bağışov - İran bal istehsalına görə dünyada üçüncü yeri tutur. Trend-in məlumatına görə, bunu İranın kənd təsərrüfatı nazirinin müavini Murtaza Rzayi Dünya Bal Arısı Günü münasibəti ilə keçirilən tədbirdə deyib. M.Rzayinin sözlərinə görə, ötən il İran 1079 ton bal ixrac edib. Nazir müavini əlavə edib ki, ötən ildə arıçılıq sahəsinə 60 trilyon rial (təxminən 1,42 milyard dollar) investisiya qoyulub.