Bakıda birmərtəbəli evdə yanğın olub


Digərləri 23 May 2019 02:50:00 178 0

Bakıda birmərtəbəli evdə yanğın olub

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli evin zirzəmisində istifadəsiz ev əşyaları və lambirindən ibarət tavan 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.