Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub


Digərləri 23 May 2019 01:04:36 208 0

Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Beyləqanda yanğın qeydə alınıb

Bakı. Beyləqanda yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 290 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binanın dəhlizinə yığılan ev əşyaları 60 m² sahədə, tavanı 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.