Ət yeməyən insanların bədənində nə baş verir? ARAŞDIRMA


Digərləri 22 May 2019 23:58:00 222 0

Ət yeməyən insanların bədənində nə baş verir?  ARAŞDIRMA

Ət, balıq və toyuq məhsullarının zərərli və ya faydalı olması haqqında hər gün dünya KİV-də yüzlərlə məqalələr yayımlanır.

Təəssüf ki, mətbuatda yayılan tədqiqatların çox az hissəsi faktlara əsaslanır və ya əlavə amillər nəzərə alınmır. Xüsusilə bu qida məhsullarına aiddir, çünki onların tərkibindən başqa bizə həmçinin ətraf mühit, fəallıq səviyyəsi və genetika təsir edir. Bəzi insanlar sadəcə müəyyən məhsulları digərlərindən daha yaxşı mənimsəyə bilər. Beləliklə, mükəmməl pəhriz mövcud deyil.

Son.az saglamolun.az-a istinadən bildirir ki, sağlam qidalanma üzrə məşhur mütəxəssis Maykl Pollanın "Yemək yeyin, amma çox yox. Bitkisəl məhsullara üstünlük verin" fikirləri müasir dövrün mantrası olub. O, şiddətlə tövsiyə edir ki, mağazalarda emal edilmiş kimyəvi tərkibli ərzaqları deyil, ancaq təbii tərkibli məhsullar yemək lazımdır.

"İkincisi, bu, şəxsi məsuliyyətdir: həddi aşmayın. Emosional problemlərin və içkinin arasında əlaqəni tanıyın" , - deyə o, qeyd edib.

Bitki əsaslı qidalanma nədir?

Sosial Tibb İnstitutunda Avstriya tədqiqatçılar komandası və Qrats Tibbi universitetin epidemioloqları 15 yaşdan yuxarı olan 15 000-dən çox avstriyalı üzərin də araşdırma aparıb. Onlardan 1320 nəfərin müayinələri təhlil edilib: 330 vegetarian və 330 meyvə-tərəvəzə çox üstünlük verən və ətyeyən insanlar, həmçinin 330 az və 330 çox ətyeyən insan.

Qrupların tutuşdurulması vaxtı yaş, cinsiyyət və ictimai-iqtisadi amilləri nəzərə alınıb. Bu qrupun 76,4 faizi qadınlar olub, onların 40 faizi 30 yaşdan cavan, 35 faizi 30 ilə 50 yaş arası olub.

Qeyd etmək lazımdır ki, vegetarianlıq ilə bağlı müsbət vədlərə baxmayaraq, qrupda aşağıdakı faktlar tapılıb. Ümumilikdə nəticələr əsasında məlum olub ki, vegetarianların səhhəti tez-tez pisləşdiyi üçün daimi olaraq tibbi yardıma müraciət edir və aşağı həyat keyfiyyətinə malikdir.

O da aşkar olunub ki, vegetarianların xərçəng olmaq riski daha yüksəkdir. Həmçinin nevroloji pozulmalar və depressiyaya daha meyllidirlər.

Ətdən imtina edən insanlarda psixiki pozğunluqların yüksəlməsi riski ilə bağlı bir neçə tədqiqatlar mövcuddur.