Gözə zərərli və faydalı qidalar


Digərləri 22 May 2019 23:49:00 276 0

Gözə zərərli və faydalı qidalar

Pəhriz həmişə xeyir gətirmir. Nəyi yeyib, nəyi yeməmək lazım olduğunu dəqiq bilməliyik. Məsələn, bir çox qidalar görmə qabiliyyətini korlayır.

Son.az bizimyol.info-ya istinadla gözə zərər vuracaq və ya əksinə, fayda gətirə biləcək ərzaqların siyahısını təqdim edir.

Başlayaq zərərli qidalardan. Ağ çörək görmə qabiliyyətini yalnız pisləşdirə bilər. Bu məhsul buğda unundan hazırlanır. Unun tərkibində isə heç bir vitamin yoxdur. Çox kofe içmək də gözə xeyir gətirməyəcək. Spirtli içkilərin damarlara necə zərər vurduğunu onsuz da bilirsiniz. Üstəlik, qazlı sular da gözün düşmənidir. Daha çox tərkibindəki şəkərin çoxluğuna görə.

Bundan başqa, çox duzlu yeməməlisiniz. Ümumiyyətlə, vitamin çatışmazlığı gözlərin vəziyyətini çox ağırlaşdırır.