Avropa İttifaqında 2021ci ildən...


Digərləri 22 May 2019 23:12:00 170 0

Avropa İttifaqında 2021ci ildən...

Avropa İttifaqının Şurası plastik qabların istifadəsi ilə əlaqəli yeni məhdudiyyətlərin qoyulması ilə bağlı qanun qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni qaydalara əsasən, 2021-ci ildən başlayaraq birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik qablarla yanaşı, çəngəl, bıçaq, pambıq və su çubuqlarının istifadəsi qadağan olunur. Eyni zamanda, İttifaq ölkələri 2029-cu ilə kimi plastik şüşələrin yığılmasının 90 faiz təmin edilməsi barədə razılığa gəliblər. Qərar Avropa İttifaqında bir dəfə istifadə olunan plastik məhsulların qadağa olunması ilə bağlı sonuncu mərhələni əhatə edib.