Əsaslı emal olunmuş məhsullardan uzaq durun! KÖKƏLDİR


Digərləri 22 May 2019 21:59:00 210 0

Əsaslı emal olunmuş məhsullardan uzaq durun!  KÖKƏLDİR

Əsaslı emal olunmuş məhsullar çox yeməyə və çəkinin artmasına səbəb olur.

Son.az medicina.az-a istinadən bildirir ki, əldə olunan nəticə aparılan eksperimentdən sonra təsdiq edilib. 20 könüllü 1 ay ərzində öz rasionuna və qidalanmasına nəzarət edib. Əsaslı emal olunmuş məhsullar yeyən könüllülər gün ərzində 508 kalori artıq qəbul ediblər. Bu da 1 kiloqram artıq çəkiyə bərabərdir.

Həmin məhsullar doyma və acma hissini balansda saxlayan hormonlara təsir göstərib. Sağlam qida yeyiləndə az kalori qəbul edilsə də, acma hissini aradan qaldıran hormonların səviyyəsi artır.

Bundan əlavə, acma hormonunun - qarelinin səviyyəsi düşür. Bu, əsaslı emal edilmiş məhsulların təhlükəli olduğunu əyani göstərən ilk tədqiqatdır.