Antiperspirantlar ağır xəstəliklər yaradır


Digərləri 22 May 2019 21:47:00 223 0

Antiperspirantlar ağır xəstəliklər yaradır

Antiperspirantlardan istifadə ağır nevroloji xəstəliklərin inkişafına səbəb ola bilər.

Son.az yenicag.az-a istinadən bildirir ki, bunun səbəbi antiperspirantların tərkibində olan allüminiumdur. Məhz allüminium yayılmış skleroz və Alsheymer xəstəliyinin inkişafı ilə əlaqələndirilir.

Alimlər yayılmış skleroz xəstəliyindən vəfat edən insanların beyini təhlil etdikdən sonra orada allüminiumun yüksək səviyyədə olmasını aşkar ediblər.

Kil Universiseti alimlərinin fikrinə görə, insan orqanizminə vaksinlər və antiperspiratlardan daxil olan allüminium burada toplanaraq beyində patoloji proseslərin inkişafına təkan verir.