Azərbaycanda yumurta istehsalı artırılacaq


Digərləri 22 May 2019 20:34:18 235 0

Azərbaycanda yumurta istehsalı artırılacaq

Hacıqabul rayonunda fəaliyyət göstərən “Hacıqabul quşçuluq” fabriki bu ilin ikinci yarısında yumurta istehsalını artırmağı planlaşdırır

Bakı. Mətanət Nəsibova - Hacıqabul rayonunda fəaliyyət göstərən “Hacıqabul quşçuluq” fabriki bu ilin ikinci yarısında yumurta istehsalını artırmağı planlaşdırır. Bu barədə Trend-ə müəssisədən bildiriblər. Mənbənin məlumatına görə, fabrikdə aylıq 300 min yumurta istehsal olunur: “Biz bu göstəricini artırmağı və istehsalı ayda 350-400 minə çatdırmağı planlaşdırırıq. Məhsulumuz daxili bazarda satılır, amma daxili bazarda qeyri-stabil tələbatla əlaqədar olaraq məhsulun böyük hissəsi ixraca yönəlir. Biz istehsal həcmini və ixrac potensialını artırmağı planlaşdırırıq”.