Paşinyana “sürpriz”:


Digərləri 22 May 2019 19:09:00 221 0

Paşinyana “sürpriz”:

2018-ci ilin sentyabrından bu yana Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqi azalır.

Son.az Axar.az xəbər verir ki, bu nəticə "Qallup" şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, ermənilərin 20%-i həyatından tam, 53,1% qismən razı olduğunu bildirib. 2018-ci illə müqayisədə həyatlarından razı olanların sayı 5% artıb.

11% erməni ölkədəki iqtisadi situasiyanı yaxşı dəyərləndirdiyi halda 54,4% orta, 33,4% isə pis qiymətləndirib.

Ermənilərin həmçinin 54%-i ailələrinin rifah səviyyəsinin 1 il sonra artacağına ümid etdiklərini deyiblər. Respondentlərin fikrincə, hazırda Ermənistanın ən böyük problemi işsizlik (45%), iqtisadi situasiya (40%), aşağı əməkhaqqı (26,8%), Qarabağ konflikti (26,1%) və miqrasiyadır (10,5%).

Ermənilər həmçinin ölkələrinin daha çox Rusiyaya inteqrasiya etdiklərini düşünürlər. Bu fikri 30,1% şəxs müdafiə edir. Bütün güc mərkəzləri ilə münasibətlərin eyni səviyyədə inkişaf etdirildiyini düşünənlər respondentlərin 28%-ni təşkil edir. Ondan sonrakı yerdə isə AB (17,1%), Avrasiya İttifaqı (7,5%) və ABŞ (5,3%) dayanır.