Uzun fasilədən sonra...


Digərləri 22 May 2019 18:34:00 222 0

Uzun fasilədən sonra...

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın vəkilləri 8 ildən sonra ilk dəfə terrorçunun saxlanıldığı İmralı həbsxanasına gəlib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, vəkillər Abdullah Öcalanla görüşəcəklər.

Jandarm qüvvələrinin müşayiəti ilə İmralı adasına gələn vəkillər PKK liderinə alt paltarı, gündəlik qəzetlər və bir neçə kitab gətiriblər.

Qeyd edək ki, Türkiyə Ədliyyə Nazirliyi bir neçə gün əvvəl Abdullah Öcalanla görüş qadağasının ləğv edildiyini açıqlayıb.