"Qırmızı körpü" bərpa olunur


Digərləri 22 May 2019 17:51:00 281 0

"Qırmızı körpü" bərpa olunur

Azərbaycanın məşhur körpülərindən biri olan "Sınıq körpü"də (Qırmızı körpü) bərpa olunur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətubat xidmətindən məlumat veriblər.

Qeyd olunur ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qazax rayonunda - Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq körpü"də (Qırmızı körpü) aparılan təmir-bərpa işləri ilə tanış olub:

"Abidənin bərpa və konservasiya layihəsi "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Dövlət Xidmətinin məsul şəxslərinin də iştirak etdiyi tədbirdə abidədə aparılan bərpa işlərinin vəziyyəti haqqında məlumat verilib. Hazırda körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilir, körpünün istinad divarları möhkəmləndirilir. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilir. Hazırda körpünün üstü beton qatından təmizlənib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan "Sınıq körpü"də bərpa işləri bu ilin sonuna kimi yekunlaşacaq".


Xəbərə aid fotolar