"AccessBank"dan təkrar müştərilərinə loyal təklif


Digərləri 22 May 2019 17:30:25 181 0

"AccessBank"dan təkrar müştərilərinə loyal təklif

AccessBank müştərilərinin gözləntilərini qabaqlamaqla kifayətlənmir, onlara istədiklərindən bir qədər artığını da verir!

Bakı. Biznesinizdən ciddi gözləntiləriniz var, lakin onları reallaşdırmaq üçün kifayət qədər vəsaitiniz yoxdur? Unutmayın ki, sizin, hər zaman müştərilərinin gözləntilərini qabaqlamağı bacaran AccessBank kimi bir tərəfdaşınız var! "AccessBank"dan Trend-ə verilən məlumata görə, bankın təkrar müştəriləri "Loyal" kreditlərindən yararlanaraq 10000 manatadək mikro kreditləri 24 ayadək müddətə əldə edə bilərlər. Məhsulun şərtlərinə əsasən, müştərilərin girovunun və biznesinin təkrar maliyyə təhlili aparılmır. Bununla yanaşı, kreditin rəsmiləşdirilməsi prosesi sürətli şəkildə həyata keçirilir. Belə ki, müştərilərin müraciəti operativ qaydada və filial daxilində araşdırılır. AccessBank müştərilərinin gözləntilərini qabaqlamaqla kifayətlənmir, onlara istədiklərindən bir qədər artığını da verir!