Prokuror həyat yoldaşını öldürən qadına 16 il cəza istədi


Digərləri 22 May 2019 17:15:00 177 0

Prokuror həyat yoldaşını öldürən qadına 16 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 16 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.