Metropolitenin ehtiyat elektrik təchizatı üzrə işlər başa çatmaq üzrədir


Digərləri 22 May 2019 15:57:00 234 0

Metropolitenin ehtiyat elektrik təchizatı üzrə işlər başa çatmaq üzrədir

"Bakı Metropoliteni" QSC alternativ enerji mənbələrindən istifadə edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, bu məqsədlə dizel-elektrik generatorlarından istifadə olunacaq ki, bu da fövqəladə hallar baş verdikdə "Bakı Metropoliteni" QSC-ni alternativ enerji ilə təmin edəcək.

"Bakı Metropoliteni" QSC və "Azərişıq" ASC-nin potensial imkanları nəzərə alınaraq, məsələyə birgə yanaşma aspektləri, ümumi mövqe müəyyən olunub, görüləcək işlərin əsas istiqamətləri araşdırılıb. Alternativ mənbə funksiyasını daşıyan dizel-elektrik stansiyalarının "Azərişıq" ASC-nin rayon yarımstansiyalarında yaradılması optimal variant kimi qəbul edilib. Qəza vəziyyətlərində metropolitenə enerji bu yarımstansiyalardan veriləcək.