Sumqayıtda uşaq bağçasında yanğınla bağlı RƏSMİ


Digərləri 22 May 2019 13:29:03 216 0

Sumqayıtda uşaq bağçasında yanğınla bağlı RƏSMİ

Sumqayıtda uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb

Bakı. Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.