Komitədən ciddi ittiham: "Qadınlara qarşı zorakılıq statistikası saxtalaşdırılır"


Digərləri 22 May 2019 13:02:00 346 0

Komitədən ciddi ittiham: "Qadınlara qarşı zorakılıq statistikası saxtalaşdırılır"

Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı statistikaların saxtalaşdırılması faktlarına rast gəlinir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

Onun sözlərinə görə, bu hallar zorakılıqla bağlı açılan cinayət işlərinin maddəsinin dəyişdirilməsində özünü büruzə verir:

"Məsələn, bizdə olan məişət zorakılığına məruz qalma halları ilə bağlı rəqəmlər üst-üstə düşmür. İlin ortasında Komitəyə Cinayət Məcəlləsinin 125-ci maddəsilə (intihar həddinə çatdırma) açılmış işlərlə bağlı təqribən 60 fakta dair məlumatlar daxil olur.

İlin sonunda statistikada rəqəm 37 göstərilir. Daxili İşlər Nazirliyinə zəng vurub rəqəmlərdəki fərqin səbəbini soruşanda, deyirlər ki, "araşdırmalarla açılmış cinayət işinin maddəsi dəyişdirilib".