İlhamədən Zaura etiraz


Şou-biznes 22 May 2019 11:31:00 260 0

İlhamədən Zaura etiraz

Ötən gün "Yeni ulduz" iştirakçıları və müğənni Niyam Salami arasında yaranan qalmaqala yarışmasının dördüncü mövsümünün qalibi İlhamə Qasımova da qoşulub.

Son.az axşam.az-a istinadən bildirir ki, o, bu barədə sosial şəbəkədə yazıb:

"Çox ağlamalı haldır, sadəcə gülürəm ki, ağlamayım. Ümumiyyətlə, savadlı olmaq lazımdır ki, müğənniləri çör-çöp və ya kötüklə eyni tutan aparıcının sualına etiraz edib, başqa müqayisədən istifadə edəsən. Əgər səhnədə belə müğənnilər öndə dayanıb, başqa həmkarlarını bu cür müqayisə ilə şərh edirsə, heç cavab verməyə dəyməz. Uşaqlarımızın istedadlı olması üçün "Eurovision" yarışması və dünya səhnəsi lazım deyil, onların "Yeni ulduz"da çörəkpulunu güclə qazanan xalqımız tərəfindən pul xərclənərək, səs göndərilib, önə gətirilmələri daha önəmlidir. Mən azərbaycanlıyam və səs vermiş insanların gücünə səhnəyə gəlmişəm və digər uşaqlar da həmçinin. Yarışmada olmayan sənətkarlarımız da xalqın sevgisi ilə fəxri adlara layiq görülüblər. Onlar kötük, yaxud çör-çöp deyillər. Onları belə adlandırmaq xalqımıza hörmətsizlikdir".

Qeyd edək ki, Niyam Salami aparıcı Zaur Kamalın "Sel gələndə özü ilə çör-çöp gətirir. Böyük kötük isə sonda gəlir. Müğənnilər içərisində çör-çöp və kötük kimdir" sualına belə cavab vermişdi: