Məşhur aktyor keçmiş arvadından 50 milyon istəyir


Digərləri 22 May 2019 09:33:00 242 1

Məşhur aktyor keçmiş arvadından 50 milyon istəyir

Dünyaca məşhur aktyor Conni Depp keçmiş arvadı, aktrisa Ember Herdi məhkəməyə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, o evliliyi boyunca şiddət gördüyünü önə sürərək Emberden 50 milyon dollar istəyib.

Aktyor bildirib ki, bilinənin əksinə, şiddətə məruz qalan o özü olub. Evliliklərindən bir ay sonra Ember ona şüşə ataraq barmağını yaralayıb.

Qeyd edək ki, məşhur cütlük 2015-ci ildə evlənib. Herdi aktyorun ona şiddət göstərdiyini önə sürərək məhkəməyə müraciət edib. Onlar 2017-ci ildə boşanıblar.