Kanadada baş verən meşə yanğınına ən yüksək çətinlik kateqoriyası verilib
Dünya 22 May 2019 08:20:00 191 0
Keçən həftənin sonundan Kanadanın Alberta əyalətinin şimalında baş verən meşə yanğınına ən yüksək çətinlik kateqoriyası olan-altıncı kateqoriya verilib.
Trend-in məlumatına görə, bu barədə "CBC" telekanalı xəbər verib.
Hal-hazırda yanğın sahəsi 69 min hektar təşkil edir.
Regionun yanğından mühafizə xidmətinin verdiyi məlumata əsasən, yanğının aradan qaldırılmasında 89 xilasedici, 24 helikopter, 3 təyyarə və yerüstü xüsusi texnika iştirak edib.
Mənbə: milli.az