Nigeriyada quldurların hücumu zamanı 26dan çox nəfər ölüb


Dünya 22 May 2019 08:04:00 206 0

Nigeriyada quldurların hücumu zamanı 26dan çox nəfər ölüb

Nigeriyanın şimalındakı Katsin əyalətində, quldurlar tərəfindən edilən hücumda 26-dan çox nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Channels TV" telekanalı xəbər verib.

Televiziya kanalı mənbələrə istinadən bildirir ki, Faskare yerli hökumətinin ərazisində 11 nəfər, Dan Musanın ərazisində isə 5 nəfər həlak olub.

Quldurlar, həmçinin Bastari rayonunda yerləşən Yar Qamdji kəndindəki kənd təsərrüfatı işçilərinə hücum ediblər, nəticədə 18 nəfər həlak olub, daha 10 nəfər itkin düşüb.