Moskva metrosunda qatarlar tuneldə qalıb


Digərləri 22 May 2019 07:43:00 236 0

Moskva metrosunda qatarlar tuneldə qalıb

Moskva metrosunda üç qatar tuneldə qalıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, metropolitenin mətbuat xidməti qatarlardakı 1000-dən çox sərnişinin qəzadan 3 saat sonra evakuasiya edildiyini açıqlayıb.

Onlardan heç birinin tibbi yardıma ehtiyacı olmayıb. 

Fövqəladə Hallar Xidməti qəzaya səbəb kimi kontakt relsində gərginliyin itməsini göstərib. 


Xəbərə aid foto