Sükan arxasında diqqətsizlik ABŞda hər il 3 min nəfərin ölümü ilə nəticələnir


Dünya 22 May 2019 07:47:00 192 0

Sükan arxasında diqqətsizlik ABŞda hər il 3 min nəfərin ölümü ilə nəticələnir

Sürücülərin sükan arxasında fikir dağınıqlığı hər il Birləşmiş Ştatlarda təxminən 3,2 min nəfərin ölümünə səbəb olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat ABŞ-ın Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarənin yeni statistikasında öz əksini tapıb.

2017-ci ili əhatə edən statistikaya əsasən, Birləşmiş Ştatlarda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin 9 faizi (2935 hadisə) yollarda vəziyyətə lazımi diqqət ayırmayan sürücülərin günahından baş verib. Belə qəzalar 2017-ci ildə ABŞ-da 3166 nəfərin həyatına son qoyub ki, onlardan 599 nəfəri piyadalar və velosipedçilərdir.

ABŞ-ın Nəqliyyat Nazirliyinin məlumata görə, belə yol-nəqliyyat hadisələrinin 14 faizində (401 hadisə) sürücülərin diqqətini mobil telefonlar yayındırıb. Həmin qəzalar nəticəsində 434 nəfər həlak olub.