ÜST XƏBƏRDARLIQ EDİR: insanlar təhlükədədir


Digərləri 22 May 2019 07:30:00 203 0

ÜST XƏBƏRDARLIQ EDİR: insanlar təhlükədədir

Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusu ilə bağlı xəbərdarlıq edib.

Son.az xəbər verir ki, təşkilatın baş katibi Tedros Adhanom Konqo Demokratik Respublikasında ötən ilin iyul ayında baş qaldıran Ebola epidemiyasının hələ də dünya üçün yüksək risk daşıdığını deyib.

Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edən baş katib bildirib ki, Konqoda bu günə qədər qarşılaşmadıqları səhiyyə problemləri ilə mübarizə aparırlar.

"Ölkədəki bütün siyasi qruplar bir araya gələrək epidemiyaya qarşı mübarizə aparmalıdır. Çünki Ebola tərəf seçmir. Bu, hər kəsin düşmənidir. Epidemiyaya son qoymaq üçün birləşmədiyimiz müddətcə daha da yayılacaq, daha bahalı, riskli və aqressiv hala gələcək. Biz sadəcə bir virusla savaşmırıq. Təhlükələrlə savaşırıq. Şiddət, yanlış bilgiləndirmə, virusun siyasiləşməsi ilə savaşırıq".

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Dərnəkləri Federasiyasının Səhiyyə Komitəsi üzrə direktoru Emanuel Kapobianko BMT Cenevrə ofisində keçən həftə təşkil olunan mətbuat konfransında ötən ilin iyul ayından bu yana Konqoda Ebola virusundan ölənlərin sayının 100 mini keçdiyini açıqlamışdı. Direktor tarixin ən ölümcül ikinci Ebola epidemiyası ilə qarşı-qarşıya olduqlarını bildirmişdi.