Avropa İttifaqında kasıblarla varlıların qazancları arasındakı fərq artıb


Digərləri 22 May 2019 07:07:00 365 0

Avropa İttifaqında kasıblarla varlıların qazancları arasındakı fərq artıb

Avropa İttifaqında kasıblar və varlılar arasında qazanc fərqi çoxalıb, amma dünyanın digər ölkələri ilə müqayisədə hələ də daha azdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Frans Press agentliyinin apardığı araşdırmada məlumat verilir.

Bildirilir ki, Bolqarıstan Aİ-də bu qeyri-bərabərsizliyə ən çox rast gəlinən ölkədir. Litva, Estoniya, Latviya, İspaniya, Portuqaliya, Yunanıstan, İtaliya, Rumıniya və Böyük Britaniya fərq göstəricisinə görə ön yerləri tuturlar. Almaniya, Fransa və Polşada bu rəqəm Aİ-nin orta göstəricisinə görə aşağıdır. Slovakiya, Sloveniya, Çexiya, İsveç, Danimarka, Finlandiya, Belçika, Hollandiya və Avstriyada kasıblarla varlıların qazancları arasındakı fərq demək olar ki, bərabərdir.