Nigeriyada quldurların hücumu zamanı 26-dan çox nəfər ölüb


Digərləri 22 May 2019 03:50:00 322 0

Nigeriyada quldurların hücumu zamanı 26-dan çox nəfər ölüb

Nigeriyanın şimalındakı Katsin əyalətində quldurlar tərəfindən edilən hücumda 26-dan çox nəfər həlak olub

Bakı. Nigeriyanın şimalındakı Katsin əyalətində, quldurlar tərəfindən edilən hücumda 26-dan çox nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə "Channels TV" telekanalı xəbər verib. Televiziya kanalı mənbələrə istinadən bildirir ki, Faskare yerli hökumətinin ərazisində 11 nəfər, Dan Musanın ərazisində isə 5 nəfər həlak olub. Quldurlar, həmçinin Bastari rayonunda yerləşən Yar Qamdji kəndindəki kənd təsərrüfatı işçilərinə hücum ediblər, nəticədə 18 nəfər həlak olub, daha 10 nəfər itkin düşüb.