İcbari Sığorta Bürosu "AzerInsurance" ilə bağlı məhdudiyyəti aradan qaldırıb


Digərləri 21 May 2019 20:39:39 213 0

İcbari Sığorta Bürosu "AzerInsurance" ilə bağlı məhdudiyyəti aradan qaldırıb

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (AzerInsurance) İcbari Sığorta Bürosunun informasiya sisteminə girişinə icazə verilib.

Bakı. Xeyrəddin Nəsirzadə - Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarına əsasən bu gündən etibarən Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (AzerInsurance) İcbari Sığorta Bürosunun informasiya sisteminə girişinə icazə verilib. Bu barədə Trend-ə İcbari Sığorta Bürosundan məlumat verilib. Xatırladaq ki, İcbari Sığorta Bürosu Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarına əsasən 17 may 2019-cu il tarixindən etibarən Dövlət Sığorta Kommersiya Şirkətinin informasiya sisteminə girişini məhdudlaşdırmışdı.