Tiflisdən böyük səhv:


Dünya 21 May 2019 20:24:00 203 0

Tiflisdən böyük səhv:

Ermənilər Azərbaycana qarşı etdikləri xain əməlləri indi də Gürcüstana qarşı etmək niyyətindədir. Gürcüstan vaxtında tədbir görməsə, bunun ağır nəticələri ola bilər.

Son.az bildirir ki, bu sözləri politoloq Əhəd Məmmədli ABŞ Milli Demokratiya İnstitutunun Gürcüstanın etnik azlıqlar arasında keçirdiyi sorğuda bu ölkənin NATO və Avropa Birliyinə inteqrasiyasına ermənilərin qarşı çıxması haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, qonşu Gürcüstan vaxtilə etdiyi səhvi yenidən təkrarlayır:

"Ermənilərin planları var ki, Cavaxetiyanı Ermənistana birləşdirsinlər. Amma onlar çox gözəl bilir ki, Gürcüstan Qərbə inteqrasiya etməyə davam etsə və sonda NATO-nun və AB-nin üzvü olsa, ermənilərin arzuları ürəyində qalacaq. Təbii ki, buna görə onlar Gürcüstanın Qərbə inteqrasiyasını istəmirlər. Ermənilər istəyir ki, Gürcüstan Rusiyanın təsiri altında qalsın. Bununla da vaxtilə Azərbaycana qarşı qurulan planı Gürcüstan üçün edib, Cavaxetiyanı Ermənistana birləşdirsinlər".

Politoloq bildirib ki, əgər Gürcüstan səhvlər etməyə, Türkiyə və Azərbaycana "buynuz göstərməyə" davam etsə, rəsmi Tiflisi böyük fəsadlar gözləyir:

"Zviad Qamsaxurdianın etdiyi səhvləri indi də Bidzina İvanaşvili iqtidarı edir. Mən hesab edirəm ki, bunun davamı gəlsə, Gürcüstan Cənubi Qafqaz xəritəsindən silinə bilər".