Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib


Digərləri 21 May 2019 16:32:00 273 0

Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib

Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlətlə Təyinat İdarəsində yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib. ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, mərkəz “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi üzrə pensiya hüququ yaranan şəxslərə xidmət göstərir. Onların sırasına hərbi və xüsusi rütbəli şəxslərlə yanaşı, dövlət qulluqçuları, həmçinin yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışmış şəxslər daxildir. Qəbul Mərkəzində güzəştli şərtlərlə pensiya hüququ olanların müraciətlərinə baxılması, suallarının cavablandırılması, vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzrə onlara operativ və şəffaf xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Mərkəzdə səmərəliliyin təmin eidlməsi məqsədilə müxtəlif kateqoriyadan olan və güzəştli təminat verilən şəxslərin qəbulu növbəlilik əsasında təşkil olunub. Belə ki, həftənin I, III və V günlərində hərbi və xüsusi rütbəli şəxslərin, II və IV günlərində isə dövlət qulluqçularının və güzəştli təminat verilən digər şəxslərin müraciətlərinə baxılır.