Kənan Aygünə nə qadağa edib?


Şou-biznes 21 May 2019 16:19:00 241 0

Kənan Aygünə nə qadağa edib?

"Kənan həmişə deyir ki, heç kimlə işin olmasın. Gücsüz, sevmədiyin müğənni ola bilər. Sənə söz atana belə cavab vermə".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aygün Mahmudova "Şou news"a açıqlamasında deyib. Rejissor Kənan M.M.-lə ailəli olan sənətçi ərinin ona qoyduğu qadağalardan danışıb. Aygün bildirib ki, Kənanın onu sənətdən uzaqlaşdırmasından qorxur:

"Kənanın sözünə daha çox qulaq asıram. Öz fikirlərimdən, hislərimdən çox ona qulaq asıram. Kənan daha önəmlidir. Birdən dedi ki, oxumaq qurtardı, bitdi. Allah o günü göstərməsin. İnşallah, onun düşündüyü kimi hərəkətlərimi davam etdirirəm".

Aygün Türkiyəyə köçmək suallarına isə "Köçüb getmək mümkün deyil. Uşaqlarımın təhsili var. Uşaqlarımı rusdilli məktəbə də qoymuram" cavabını verib.