Azərbaycandan zəvvarların Həccə getmə və qayıtma tarixləri məlum oldu


Digərləri 21 May 2019 16:03:00 272 0

Azərbaycandan zəvvarların Həccə getmə və qayıtma tarixləri məlum oldu

Azərbaycandan zəvvarların Həcc ziyarətinə getmə və dönmə tarixləri məlum oldu - kvotanın yarıdan çoxu dolub

Bakı. Elçin Mehdiyev - Azərbaycandan Həcc ziyarətinə getmək üçün 900-ə yaxın insan müraciət edib. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Bildirilib ki, zəvvarlar 8 təyyarə reysi ilə yola salınacaq. Sənəd qəbulu isə kvota dolana qədər davam edəcək. Hazırda sənəd qəbulu davam edir. Bu il Azərbaycan üçün Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Bir müddət əvvəl isə kvotanın aradan qaldırıldığı qeyd olunurdu, lakin sonradan qərarın qərarın dəyişdiyi və kvota qoyulduğu bildirilir.