Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü 6 il cəza aldı


Digərləri 21 May 2019 16:07:00 244 0

Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü 6 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən B.Həmzəliyev 6 il azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub. İttihama görə, Sabunçu rayonunun Maştağa qəsəbəsində, qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi “İsuzu” markalı marşrut avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.