ETSN-də Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri ilə görüş keçirilib


Digərləri 21 May 2019 15:33:00 200 0

ETSN-də Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, İTOCHU Koorporasiyasının sədr müavini Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, İTOCHU Koorporasiyasının sədr müavini Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin noyabrda keçiriləcək növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.