Qara dənizdə Türkiyənin gəmisi atəşə tutuldu:


Dünya 21 May 2019 14:23:00 214 0

Qara dənizdə Türkiyənin gəmisi atəşə tutuldu:

Qara dənizdə balıqçı gəmisi atəşə tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, gəmi Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulub.

İnsident nəticəsində Türkiyəyə məxsus gəminin 3 ekipaj üzvünün yaralandığı bildirilir.

Gəminin 8 nəfərdən ibarət ekipaj üzvü Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən saxlandıqdan sonra gəminin batırıldığı deyilir.