Nazir: "Azərbaycan ÜDMdə xarici borcun həcmini 17 faizədək azaldıb"


Digərləri 21 May 2019 11:44:00 210 0

Nazir: "Azərbaycan ÜDMdə xarici borcun həcmini 17 faizədək azaldıb"

Bu günədək Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 23 layihəyə 3,7 milyard dollar investisiya yerləşdirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Maliyyə naziri Samir Şərifov Bakıda keçirilən "Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu"nda deyib.

Nazir bildirib ki, Azərbaycan AİB-lə əməkdaşlığı yüksək qiymətləndirir.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif sahələrdə islahatlar aparır və dövlət borcunun idarə olunması bu islahatların bir hissəsidir. Bu sahədə keçirilən islahatlar artıq nəticə verməyə başlayıb:

"Biz hökumətin Ümumi Daxili Məhsulda xarici valyutada payını 17 faizədək azaltmışıq. Bu gün Azərbaycanın xarici valyutada nominal borcu ölkənin ümumi gəlirlərinin beşdə bir hissəsini təşkil edir".