Redmidən daha bir büdcəli smartfon


Digərləri 21 May 2019 08:35:00 214 0

Redmidən daha bir büdcəli smartfon

Xiaomi şirkəti yerində dayanmayaraq Redmi brendinin yeni büdcəli smartfon modeli üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Redmi brendinin Hindistan üzrə şöbəsinin rəhbəri olan Manu Kumar Jain öz Twitter hesabında təqdimata hazırlaşan yeni büdcəli smartfon modelinin posterini təqdim edib. Həmin posterdən də görmək olar ki, yeni smartfon modeli Redmi Note 7S adlanacaq. Smartfon artıq 20 may tarixində Hindistanda təqdim olunacaq. O, biri 48 MP olmaqla ikili arxa kamera ilə təchiz olunacaq.

Son.az technote.az-a istinadən bildirir ki, bir neçə müddət bundan öncə Manu Kumar Jain, Snapdragon 730 prosessorlu yeni smartfon modelinin təqdimatına işarə etmişdi. Çox güman ki, söhbət məhz Redmi Note 7S modelindən gedirdi. Qeyd etmək lazımdır ki, Snapdragon 730 prosessoru 8 nanometrlik texnoloji proses əsasında hazırlanıb və 8 nüvəyə sahibdir. Bununla yanaşı o özündə Adreno 618 qrafik sürətləndiricini də birləşdirir. Redmi Note 7S barəsində digər bir məlumat yoxdur.