Osmo Action kamerasını təqdim olundu


Digərləri 21 May 2019 08:25:00 192 0

Osmo Action kamerasını təqdim olundu

Özünün dronları ilə məşhur olan DJI şirkəti öz ilk action kamerası olan Osmo Action-ı təqdim edib. Bu kamera məşhur GoPro kameralarına rəqib olmaq niyyətindədir.

Son.az technote.az-a istinadən bildirir ki, bu barədə Gagadget saytı xəbər verib. Beləliklə DJI Osmo Action kamerası iki tərəfdən də ekrana sahibdir. Yəni kamera iki ekranla təchiz olunub. Kameranın əsas ekranı 640x360 piksel keyfiyyətli 2.25 düym sensorlu ekrandır və o, sudan, tozdan qorunmaq üçün xüsusi örtüyə sahibdir. İkinci ekranın ölçüsü isə 1.4 düymdür və o, selfie fotolar üçün nəzərdə tutulub.

Cihazın kamera özəlliyinə gəldikdə isə o, f/2.8 diafraqmalı və 145 dərəcə bucaq təsvirli Sony marklı 12 MP-lik kamera əldə edib. Nəticədə DJI Osmo Action kamerası saniyədə 60 kadr sürətlə 4K videolar və ya saniyədə 30 kadr sürətlə 4K rejimində HDR videolar çəkə bilir. Kamera həmçinin təsvirin elektron stabilizasyasına da sahibdir ((EIS) RockSteady). DJI Osmo Action həmçinin slo-mo və sürətləndirilmiş video çəkilişlərini dəstəkləyir.

Kameranı həm fiziki düymə həm də səsli əmr vasitəsilə aktivləşdirmək mümkündür. DJI Osmo Action aşağı temperatura, 1.5 metr hündürlükdən düşüşə və 11 metr dərinliyinə kimi suya enməyə dözümlüdür. Kameranın daxilində 1300 mAh enerji tutumlu batareya quraşdırılıb. Bunun sayəsində kamera EIS-in aktivləşmiş halı ilə saniyədə 30 kadr sürətlə 93 dəqiqə ərzində 4K videolar və saniyədə 30 kadr sürətlə 135 dəqiqə ərzində 1080p keyfiyyətli videolar çəkə bilər.